“Nəsimi ili” çərçivəsində “Kitab günü” keçirildi - Fotolar Bu gün Bakının Nəsimi rayonunda yerləşən Zabitlər bağında “Mən oxudum, sən də oxu” devizi altında Ədliyyə Nazirliyinin, Nəsimi Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Kitab günü” keçirilib. 03.05.19
Xoreoqrafiya Akademiyasından daha bir konsert - Fotolar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasında Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsi tələbələri akademiyanın 90 illik yubileyi çərçivəsində Beynəlxalq rəqs gününə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər. 02.05.19
"Qadınlar"ın premyerası anşlaqla keçdi - Fotolar Yazıçı-dramaturq Pərvin Gənc Ədiblər məktəbinin müdavimi və son illərdə Azərbaycanda çoxtərəfli fəaliyyət göstərən yazarlardandır. Qısa müddətdə Azərbaycanda, Türkiyədə, Özbəkistanda 10-dan çox kitabı çap olunub. 01.05.19
Minskdə Nəsiminin 650 illik yubileyi qeyd olundu - Fotolar “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama müvafiq olaraq, Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən Minskdəki “Dostluq Evi”ndə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii-musiqili tədbir keçirilib. 30.04.19
BSU-da türk gənclərinin bayramı qeyd olundu - Fotolar Bakı Slavyan Universitetində (BSU) Türkiyənin Azərbaycandakı səfirliyi, bu ali məktəbin Türk Araşdırmaları Tədris-Mədəniyyət Mərkəzinin və BSU nəzdində məktəb-lisey kompleksinin təşkilatçılığı ilə qardaş ölkənin Milli Suverenlik və Uşaq Bayramı Günü ilə bağlı “Uşaq ədəbiyyatına səyahət” adlı tədbir keçirilib. Əvvəlcə tədbirdə ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himni səsləndirilib. 27.04.19
“Azərbaycan ədəbiyyatı antologiyası” və “Mən aləmə sığmazam” kitabları Qazaxıstanda - Foto Beynəlxalq Türk Akademiyası tərəfindən Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində açılışı keçirilən “Nəsimi İli” çərçivəsində qazax dilinə tərcümə olunmuş “Azərbaycan ədəbiyyatı antologiyası” və Nəsiminin şeirlərindən ibarət “Mən aləmə sığmazam” kitablarının təqdimatı olub. 26.04.19
Nəsiminin yubileyi Budapeştdə qeyd olundu - Foto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 2019-cu il tarixli 38s nömrəli sərəncamının icrası məqsədilə aprelin 24-də Macarıstanın paytaxtı Budapeştdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib. 25.04.19
Vaqif Əlievin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstanda - Fotolar Aprelin 24-də mədəniyyət nazirinin birinci müavini Vaqif Əlivevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Macarıstan İnsan Resursları Nazirliyinin Beynəlxalq məsələlər üzrə dövlət katibi Orsolya Paçay-Tomaşiç arasında görüş keçirilib. 24.04.19
Nəsimiyə həsr olunan bədii qiraət müsabiqəsi yekunlaşıb - Fotolar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Hüsnü-cəmal, əqli kamal” adlı ali məktəblərarası bədii qiraət müsabiqəsi yekunlaşıb. 23.04.19
Uzaq və yaxın Meksika - Foto Şəhərin böyük ərazisini tutan məşhur Çapultepek parkı öyünülən digər nümunələrlə yanaşı, meksikalıların yadelli işğalçılara qarşı barışmaz mübarizəsinin digər tarixi izlərini də qoruyub saxlayır. 23.04.19
AzMİU ilə İstanbul Texniki Universiteti arasında Niyyət Protokolu - Foto Bu gün Türkiyənin nüfuzlu İstanbul Texnik Universitetinin (İTU) rektoru professor Mehmet Karacanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub, rektor Gülçöhrə Məmmədova ilə görüşüblər. Türkiyəli alimlər sonra AzMİU-nun Elmi Şurasının növbədənkənar iclasına qatılıb. 22.04.19
İsmayıl Şıxlı haqqında kitab və elektron məlumat bazasının təqdimatı oldu - Fotolar Aprel ayının 19-da Milli Kitabxanada Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir və Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdirdiyi “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının, “İsmayıl Şıxlı – 100” elektron məlumat bazasının təqdimat mərasimi keçirilib. 19.04.19
BDU-nun Filologiya fakültəsində Cəfər Cabbarlıya həsr olunmuş konfrans - Foto Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan prezidenti İlham Əliyevin 17 dekabr 2018-ci il tarixli sərəncamına əsasən, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Sənətkar və zaman” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. 18.04.19
İlbər Ortaylı: "Postsovet ölkələrindən olan türk gənclər daha savadlı, daha mütaliəlidirlər" - Fotolar Türkiyənin dünya şöhrətli tarixçisi İlbər Ortaylının Bakıya gələcəyini biləndə çox sevinmişdim. Heydər Əliyev Mərkəzində baş tutan mühazirəsində təəssüf ki, iştirak edə bilməmişdim. Ona görə də imza gününə mütləq getməliydim. Bundan başqa, aprelin 14-də Cem Adrian beş il aradan sonra ikinci dəfə Azərbaycana gəlmişdi. Heç cür alınmamışdı konsertə getməyim. Əvəzini bununla çıxmalıydım... 17.04.19
İlbər Ortaylı ilə tarix kimi qarışıq gün... - Fotolar Türkiyəli tarixçi alim, professor İlbər Ortaylını mən də sizin kimi əvvəlcə zövqünə, intellektinə güvəndiyim insanların söhbətlərindən, sonra məqalələrindən, sonra televiziya verilişlərində və internet kanallarındakı çıxışlarından tanımışam. 17.04.19
Mehman Rəsulovun “Payız adamı” - Fotolar Sonuncu dəfə Bəhram Bağırzadənin “Arzular gerçəkləşir” kitabının təqdimatında olmuşdum. Bilmirəm təsadüfdür, ya yox, futbol azarkeşi olaraq tanınan Bağırzadə kimi dünən kitabının təqdimatında qatıldığım Mehman Rəsulovun da yolu vaxtı ilə “Neftçi” futbol klubundan keçib. Uzun illər ANS-də çalışmış, hazırda “Real TV”də fəaliyyət göstərən Mehmanın dünən “Libraff”da “Payız adamı” şeirlər kitabının təqdimatı gerçəkləşdi. 16.04.19
Sofiyada Füzulinin yaradıcılığına həsr olunan ədəbi-bədii gecə - Fotolar Bolqarıstanın paytaxtı Sofiya şəhərində Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşəbbüsü, Azərbaycanın Bolqarıstandakı səfirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Bolqarıstanın Müqəddəs Kiril və Metodiy adına Milli Kitabxanası və “Avropa və Dünya” Fondu ilə birgə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 525-ci ildönümü ilə əlaqədar şairin yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə təşkil edilib. 15.04.19
Rus Dram Teatrında “Şeytan əməlləri” tamaşasının premyerası - Fotolar Aprelin 13-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Şeytan əməlləri” tamaşasının premyerası olub.
14.04.19