"Böyük Ermənistan iddiası çox böyük tərbiyəsizlikdir" V.N.Karazin adına Xarkov Milli Universitetinin əməkdaşı, tanınmış arxeoloq, bərpaçı, tarixçi Tatyana Krupa bir müddət öncə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsiylə bağlı öz düşüncələrini bölüşmüşdü. 28.03.19
Vidadi Həsənov: “Teatr tənəzzüldədir” deyənlər gerçəkliyi görmürlər” Əməkdar artist, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, “M.Teatr Production”un bədii rəhbəri Vidadi Həsənovun teatr və kinomuzun hazırkı vəziyyəti, perspektivləri barədə müsahibəsini təqdim edirik. 24.03.19
Zülfü Livaneli, AST Telman və nələr, nələr... - Müsahibə Sərhədləri yarıb keçən, yerlə göyün arasına sığmağa çətinlik çəkən, ömür iplərinin üstündə tək ayaqla irəliləyən, fəzaya qalxıb sonsuza qədər orada yaşayacağını zənn edən insanlar həmişə maraqlı görünüblər. Həyatı ilə çilingağac oynayan, onu riskə-qumara qoyan, hətta “rus ruleti” kimi bir güllənin ucuna tuşlayanlar hər zaman düşündürüblər. 22.03.19
Nikolay Doroxov: "Azərbaycanda balet sənəti əmin əllərdədir" Artıq bir neçə ildir ki, respublikada xoreoqrafiya sənəti sahəsində ardıcıl və səmərəli islahatlar aparılır, həm ölkə, həm də beynəlxalq səviyyəli tədris-yaradıcılıq layihələri həyata keçirilir. 19.03.19
Bəhram Osmanov Osetiyada tamaşa hazırlayıb Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov Şimali Osetiya - Alaniya Respublikasında yaradıcılıq səfərində olub. 17.03.19
Bakı Milli Geyim Evi 10 yaşında - Fotolar Ümumiyyətlə, biz ənənəvi milli geyim olaraq, Azərbaycan bölgələrinin geyimlərini hazırlayırıq. Burada heç bir improvizələr olmayacaq. Tariximizdə, ənənəmizdə necə olublarsa, eləcə də təqdim edəcəyik. Ancaq yenilik yeni parçalarda, aksesuarlarda, kəsimlərdə, naxışda, nəfəsdədir.
07.03.19
"Ötən 10 ildə Azərbaycan teatr mühitində böyük dəyişikliklər oldu" Teatrımızın bir özəlliyi də bundadır ki, biz balaca teatrsevərləri də unutmuruq. Son illər uşaqlar üçün "Qırmızı papaq", "Yatmış gözəl və cırtdanlar", "Dəcəl çəpişlər", "Bremen musiqiçiləri" (Azərbaycan bölməsi), "Düyməcik", "Bir dayan, canavar", "Yağış göbələyinin macərası", "Qızıl cücə", "Qoğalın macərası" (rus bölməsi) və bir çox digər əsərlər hazırlanıb. 05.03.19
Zülfü Livaneli: "İstanbul İstanbuldur - hamını köhnəldir, özü İstanbul olaraq qalır!" Hər dəfə İstanbula gələndə özümü küləyə qarışmış yağışın ortasında tapırdım. Ancaq bu dəfə qışın soyuğunda müşahidə edilən yaz havası lap yerinə düşmüşdü. Fikirləşirdim ki, şəhəri birlikdə gəzib, onun gözü ilə baxıb, gördüyü kimi yazacam. Hətta özünə belə bir yazı yazmaq istədiyimi, bunun üçün onun bir neçə saat ayırmağını xahiş edəndə, düşünmədən və məmnunluqla razılaşdı. İki gün sonraya vaxt təyin etdik. 02.03.19
"... Rusiya və Azərbaycan arasında mədəni körpülər" geniş müzakirə olunub Rusiya Dövlət Dumasında keçirilmiş "Multikultural dialoqun əsasını təşkil edən Rusiya və Azərbaycan arasında mədəni körpülər" dəyirmi masada Azərbaycanda fəaliyyət göstərən incəsənət təmayüllü təhsil müəssisələrindən yalnız Bakı Xoreoqrafiya Akademiyası (BXA) iştirak edib. 01.03.19
"Tam peşəkar heyətin formalaşması üçün hələ xeyli çalışmalıyıq" 2014-cü ildən 2015-ci ilin mayına qədər kitablar, sənədlər bizim əsas binadan Mərkəzi Elmi Kitabxananın yeni binasına köçürüldü. Biz çox qısa müddətdə fondları və ənənəvi kataloqu nizamladıq, elektron kataloqun icrasına başladıq və 2015-ci ilin sentyabrında biz artıq oxuculara xidmətə başladıq. Əslində, AMEA Rəyasət Heyəti tərəfindən bizim üzərimizə belə bir öhdəlik qoyulmamışdı. Köçürülmə prosesi üçün bizə xeyli zaman verilmişdi. Əməkdaşlarımız isə hamı bir nəfər kimi səfərbər olunub, cəmi beş aya bütün kitabları, sənədləri, avadanlıqları yeni binaya köçürdülər. Bizə bu işdə könüllülərin, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının, Gənc Şərqşünaslar şəbəkəsi üzvlərinin çox köməyi oldu.
28.02.19
"Hamımızın həyatında bir daha nəzər salınmalı məqamlar var" Mən hələ o missiyanın tam olaraq nədən ibarət olduğunu bilmirəm. Sadəcə bir şeyi bilirəm ki, bacardığım qədər insanlarla empati qurmağa çalışıram. Dövrümüzdə bu hissin arxa plana keçdiyini hiss edirəm. Doğrudur, insanların qayğıları, düşünməli olduqları məsələlər çoxalıb. Bəlkə də buna görə empati hissi bir az arxa planda qalıb. Mən çalışıram ki, özümdə bu hissi qoruyub saxlayım. Bunu kiminçünsə deyil, özüm üçün edirəm. Çünki beləcə ruhən rahatlıq tapıram. Kimliyindən asılı olmayaraq, hər kəsə münasibətdə belədir. Bu, artıq davranış tərzimdir.
21.02.19
"Şeir yazmaqdan yaxşı əlimdən bir iş gəlmir" Gah şair olmaqdan "qaçır", gah da sözdən "yemək bişirir". Şairin yazdığı şeiri Tanrının yazdığı alın yazısı ilə müqayisə edir. Sözün üstündə yarpaq kimi əsir. Özünü unudub şeir olur. Təkcə qələmindən deyil, gözlərindən, simasından da şeir yağan qadındır Fərqanə Mehdiyeva... Bu gün yubiley yaşını qeyd edir. Onu bu günündə dilləndirmək, ömrünü səhifə-səhifə vərəqləmək gərəkdi bəlkə də, amma o, onsuz da şeirlərində ömründən izlər qoyur.
19.02.19
Zülfü Livaneli “525”ə Xocalı faciəsindən danışdı: “Xocalıda baş verənləri əfv etmək də çətindir, unutmaq da...” İstanbulun Tarabya səmtindən geri dönürdük. Yolumuz uzun idi. Günəş dənizin üzərindən çəkilir, surətlə qaranlıq çökürdü. Beynimdə dostlarla olan söhbətləri çək-çevir edirdim. O isə susub nəsə düşünürdü. Birdən ikimiz də eyni anda “Azərbaycan” deyib sükutu pozduq. Mən ona Azərbaycanla bağlı söz demək, o isə soruşmaq üçün səssizliyi pozmuşdu. 16.02.19