“Millətçilikdən çox-çox uzaq olsam da, mədəniyyət məsələsində millətçiyəm” ...Söhbət öz axarı ilə gedir. Birdən, “Gəl gör sənə nə göstərəcəm” - deyir. Ayağa qalxıb ardınca gedirəm. Böyük bir futlyarı götürüb açır. Və içərisindən yaraşıqlı, gözəl bir tar çıxarır. “Bu tarı mənə Azərbaycandan göndəriblər”. - deyir, - “Çox dəyərli və qiymətlidir. Bunu mənə hədiyyə etməklə azərbaycanlılar öz köklərinə nə qədər bağlı olduqlarını göstərdilər. Azərbaycan müharibə şəraitində olsa da, özünə, keçmişinə bu qədər sahib çıxa bilir. Xocalıda insanlara yaşadılan vəhşəti bilirik. Ermənilərin oradakı günahsız insanların başına gətirdikləri müsibətlər çox ağırdır, acı hadisələrdir. Tarix boyu çətin ki, unudula!”
22.12.18
"İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu siyasi xətti bu il də davam etdirilib" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildə də ölkəmizin uğurlu xarici siyasət xətti davam etdirilib. Dövlətimizin başçısı xarici siyasət məsələlərini daim diqqət mərkəzində saxlayır, diplomatiyamız qarşısında duran prioritet vəzifələri müəyyən edir, onların planlı və ardıcıl surətdə həyata keçirilməsini təmin edir. Dünya xəritəsində olan heç də hər bir dövlət Azərbaycan kimi müstəqil xarici siyasət yürütmək iqtidarında deyil. 22.12.18
"Qohum evlilikləri uşaqlarda anadangəlmə qaraciyər xəstəliklərinə zəmin yaradır" Transplantasiya xəstənin həyatını xilas etmək üçün ən son çıxış yolu da hesab edilə bilər. Bir insandan digərinə orqanın köçürülməsi təcrübəsi ilk dəfə 1933-cü ildə Ukraynada gerçəkləşib. Bu əməliyyat zamanı xəstəyə ilk dəfə olaraq böyrək köçürülüb. 18.12.18
"Dövlət qulluğuna qəbul yüksək standartlara uyğun həyata keçirilir" Müasir müstəqil Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində islahatların əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, 2001-ci il sentyabrın 1-də "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Ulu Öndərin siyasi strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli Fərmanı ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb. Ölkəmizdə dövlət idarəçiliyinin optimallaşdırılması istiqamətində edilən dəyişikliklər nəticəsində Komissiya ləğv olunaraq dövlət qulluğu sahəsində dövlət siyasətinin həyata keçirilməsi funksiyaları Dövlət İmtahan Mərkəzinə tapşırılıb. Dövlətimizin başçısının 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya" təsdiqlənib. Sərəncama əsasən, Dövlət İmtahan Mərkəzi Strategiyanın həyata keçirilməsi və icrasının monitorinqi üzrə əlaqələndirici orqan kimi müəyyənləşdirilib. 05.12.18
"Martinin səhvi sevginin əbədiliyinə inanmasıydı" - Rəşad Məcidlə müsahibə "Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məciddir. Rəşad müəllimin sevdiyi əsər Cek Londonun "Martin İden" romanıdır. 04.12.18
"Beynəlxalq miqyasda təcavüzkar ölkələrə qarşı sərt hüquqi mexanizmləri yoxdur" Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Cinayətkarlıq Problemləri və Terrorizmlə Mübarizə Alt komitəsinin sədri, Ukrayna Ali Radasının İnsan Hüquqları, Milli Azlıqlar və Milli Münasibətlər Komitəsinin sədr müavini Georgi Loqvinskinin "Report"a müsahibəsi
03.12.18
“Kamal Abdullanın əsərlərində qaldırılan problemlər həmişə aktualdır” Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti” fakültəsinin II kurs tələbələri yazıçı Kamal Abdullanın “Unutmağa kimsə yox” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı təqdim ediblər. Kursun rəhbəri Əməkdar artist Yaqut Paşazadədir. 24.11.18
Ədliyyə sisteminin inkişafı beynəlxalq hüquqi əlaqələrin genişlənməsi ilə müşayiət olunur Ədliyyə Nazirliyi o vaxtlar şəraitin çətinliyinə, imkanların və kadrların məhdudluğuna baxmayaraq, ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı naminə xeyli iş görmüşdür. İlk növbədə, ədliyyə, məhkəmə və istintaq strukturları bərpa edilmiş, respublikada qayda-qanunun bərqərar olması, yeni hüquq sisteminin təşkili ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunmuş, zəruri hüquqşünas kadrların hazırlanması və əhalinin hüquqi maarifləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
20.11.18
"Bilik Fondunun dəstəyi ilə qarşıda görəcəyimiz işlər çoxdur" Bu yaxınlarda Prezidentin sərəncamı ilə Xalq artisti fəxri adına layiq görülən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, "Yuğ" Teatrının aktyoru Məmmədsəfa Qasımovla həmsöhbət olduq. 15.11.18
“İşimizi daha da genişləndirmək, şaxələndirmək fikrindəyik” Müsahibimiz AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi Mətbuat orqanları şöbəsinin rəis müavini, “Elm və həyat” jurnalının məsul katibi Turan Rəhimovadır. 15.11.18
“Çox gözəl bir ideyam var idi, şikəst elədilər...” - Ramiz Həsənoğlu ilə müsahibə Ümumiyyətlə, hər bir adam sənət seçəndə ətraf mühitdən çıxış edir. Ya tutaq ki, müəyyən bir yaşa gəlib çatır, hansısa bir əsəri olur, yaxud da hansısa bir sənət adamının söhbətini eşidir, onun təsiri altına düşür və onun təsiri ilə bu sahəyə yönəlir. Amma məndə bir az başqa cür idi. Gözümü açandan aktyor ailəsində böyümüşəm və bizim evdə həmişə sənət söhbətləri olub.
10.11.18
Xanım Niftəliyeva: “Ərinin xəyanətini bağışlamamaq xanımın zəifliyidir” Azərbaycanda gənc ailələr arasında boşanmaların sayının artığı bildirilir. Lakin hazırda ən diqqət çəkən başqa məqam var, gənc ailələr deyil, illərdir bir yerdə yaşayan yaşlı ailələr boşanır. Və vəziyyət gənc ailələr arasındakı boşanmaları keçir. 09.11.18