“Son dövrdə uşaq ədəbiyyatımız xeyli inkişaf edib” Dünya ədəbiyyatı dərin, sonsuz bir okeana, ayrı-ayrı ədəbiyyatlar ona qovuşan dənizlərə bənzəyir. Məsələn, şifahi xalq ədəbiyyatı, milli ədəbiyyat, realist ədəbiyyat, romantik ədəbiyyat, nəsr, poeziya və s. Kitabxana isə dənizlərin qovuşduğu okeanın yatağıdır.
03.03.18
"KQB" rəhbərliyi iğtişaş təşkilatçılarının tapılmaması göstərişini vermişdi" 1980-1992-ci illərdə SSRİ Baş Prokurorluğunun xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsində çalışmış, SSRİ Baş Prokurorluğunun Sumqayıtda baş verənləri araşdırmaq üçün hadisələrdən bir gün sonra Azərbaycana göndərdiyi Vladimir İvanoviç Kaliniçenkonun müsahibəsi
27.02.18
Pərvin: "Yaradıcılıqda da, pedaqoji fəaliyyətdə də iddialıyam" "Mənim aldığım müsahibələr ənənəvi formatda deyildi. Yəni şablon suallar verib, hər şeyi diktafondan olduğu kimi köçürüb qəzetdə çap etdirmirdim. "Pərvinin həmsöhbəti" adlı layihəm vardı. Bu layihədə isə yenə deyirəm, bizim alışdığımız klassik müsahibə üslübundan fərqli söhbətlər edirdim və buna da öz yaradıcılığım kimi yanaşırdım". 20.02.18
"Aprel hadisələrində gördük ki..." - Müsahibə Müsahibimiz "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili, Azərbaycanın Avropa Şurası və "Avronest" Parlament Assambleyalarındakı nümayəndə heyətinin təmsilçisi Rövşən Rzayevdir. 20.02.18
Əlif Cahangirli: "Rejissorluq yalnız tamaşa qurmaq deyil, həyat tərzidir" - Foto Akademik Milli Dram Teatrının gənc rejissoru Əlif Cahangirli 1992-ci ildə Salyan rayonunda anadan olub. 7-ci sinfə qədər rayonda təhsil aldıqdan sonra Bakıya köçüb. Müsahibəmizdə də onun Salyanda keçirdiyi uşaqlığı, Bakı həyatı, təhsili, karyerası, gələcək planlarından söhbət etmişik. 20.02.18
Könül Bünyadzadə: “Allahsız qalmaqdan qorxuram” - Fotolar Azərbaycan Milli Elmlər Akademiyasında planlaşdırdığımız müsahibəyə tam vaxtında çatmışdım. Otağa daxil olanda ilk olaraq müsahibimin gülərüzlü assistenti Sevinc xanımla qarşılaşdım. Fürsətdən istifadə edib, müsahibim barədə bir az da ondan məlumat toplamaq istədim. Sevinc xanımın müsahibim haqqında ifadə etdiyi sözlər öncədən mənə sızdırılan fikirlərlə üst-üstə düşürdü: qayğıkeş, təvazökar, işgüzar, istənilən mövzuda maraqlı həmsöhbət, fəlsəfi düşüncələrinə doyum olmayan pozitiv, zövqlü bir ziyalı xanım.
16.02.18
“Mənim musiqi hekayəmin qəhrəmanı özüməm” - 14 yaşlı musiqiçi ilə müsahibə Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaq. Bu gün Azərbaycanda kifayət qədər istedadlı uşaqlar var. Onlardan biri də müsəlman Şərqinin ilk balerinası, xalq artisti Qəmər Almaszadənin nəslindən olan,bir neçə müsabiqədə qalib gələn 14 yaşlı musiqiçi Səfiyyə Babazadədir. 16.02.18
Qədim şəhərə səyahət - Fotolar "Qürbətdəki Vətən" layihəsi ətrafında neçə vaxtdır fikirləşirəm. Ancaq hardan və kiminlə başlayacağımı heç cür qərarlaşdıra bilmirdim. 07.02.18
Oktay Səmədov: “Bilik Fondu fəaliyyətini daha da təkmilləşdirmək əzmindədir” Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Prezident İlham Əliyevin 2014-cü il 7 may tarixli Fərmanı ilə yaradılıb. Ötən illər ərzində fond əhəmiyyətli uğurlara imza atıb, onun həyata keçirdiyi ölkədaxili və beynəlxalq layihələr böyük maraqla qarşılanıb.
03.02.18
Daşların dilini bilən adam Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fəaliyyət göstərən Mineralogiya kabineti artıq muzey statusu alıb. 01.02.18