525.Az

274 gənc xaricdə oxumaq üçün müraciət edib


 

274 gənc xaricdə oxumaq üçün müraciət edib<b style="color:red"></b>

Təhsil Nazirliyi 22.05.2013-cü il tarixindən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində növbəti tədris ili üçün sənəd qəbulunu həyata keçirir.

Sənədlərin qəbulu 15.08.2013-cü il tarixinə qədər davam edəcək. Bu dövr ərzində Təhsil Nazirliyi tərəfindən sənədləri rəsmi şəkildə qəbul edilmiş bütün namizədlərlə fərdi müsahibələr aparılacaq. Yekun qərar (müsbət, yaxud mənfi) verildiyi zaman bu barədə bütün namizədlərə məlumat veriləcək.

Nazirlikdən bildidiblər ki, 10.07.2013-cü il tarixinə qədər 274 vətəndaş sənədlərini təqdim etmək üçün Təhsil Nazirliyinə müraciət edib.

 





10.07.2013    çap et  çap et