525.Az

Windows Phone 8 təqdim olunacaq


 

Windows Phone 8 təqdim olunacaq<b style="color:red"></b>

Microsoft korporasiyası artıq ikinci gündür mətbuata Save The Day adlı dəvətnamələr göndərərək Windows 8 ailəsinin növbəti əməliyyat sisteminin təqdimatının keçiriləcəyi yer və tarixi barədə məlumat verir.

525.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bundan əvvəl korporasiyadan bu sistemin ayın sonunda çıxacağı barədə məlumat verilsə də, bunun məhz hansı tarixdə baş verəcəyi bildirilmiyib.
 
İndi isə Windows Phone 8 mobil əməliyyat sisteminin təqdimatının oktyabrın 29-da baş tutacağı məlum olub. Təqdimat üçün şirkət San-Fransiskoda xüsusi tədbir təşkil edəcək.

Bundan başqa, əməliyyat sistemi ilə eyni vaxtda və ya bir neçə gün sonra yeni sistemin idarəetməsi ilə işləyən smartfonun bazara çıxarılacağı gözlənilir.    

Microsoft nümayəndələri bildirilər ki, bu yaxınlarda Windows Server 2012 server əməliyyat sisteminin yeni versiyasını buraxıblar, üç həftə sonra Windows 8-in kompüter, dörd həftə sonra mobil versiyaları işıq üzü görəcək. Hər üç sistem bir-biri ilə proqramlararası əlaqə üçün funksiyaya malikdir və kodun əksər elementlərini bölüşür.

Həmçinin onların bir-biri ilə ünsiyyət qurmağa imkan verən ümumi interfeysi var.

 





05.10.2012    çap et  çap et