525.Az

Prezident Nicat Dağların müalicəsinə dəstək üçün göstəriş verdi


 

Prezident Nicat Dağların müalicəsinə dəstək üçün göstəriş verdi<b style="color:red"></b> Jurnalist Nicat Dağların ağır xəstəliyinin müalicə edilməsi üçün Azərbaycan prezidenti İlham Əliyevə media nümayəndələri tərəfindən müraciət edilib.
 
Bu gün Prezident Administrasiyasından Nicat Dağlarla bağlı kampaniyanın koordinatorluğunu edən Elşad Məmmədli ilə əlaqə saxlayaraq jurnalistlərin müraciətinin prezidentə çatdırıldığı bildirilib.
 
Elşad Məmmədlinin musavat.com-a verdiyi məlumata görə, prezident İlham Əliyev Nicat Dağların müalicəsi ilə bağlı lazım olan bütün addımların atılması ilə bağlı göstəriş verib. Tapşırığın icrasına artıq başlanılıb.
 
Nicat Dağlarla bağlı müraciətə operativ reaksiya verdiyi üçün müraciət müəllifləri prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.
 





11.07.2013    çap et  çap et