525.Az

ANS-də aparıcıların istefası davam edir


 

ANS-də aparıcıların istefası davam edir<b style="color:red"></b>

AzVision.az xəbər verir ki, uzun müddətdir ANS TV-də çalışan telejurnalist, “Düz Bucaq” verilişinin aparıcısı Ayaz Nizamioğlu (Mirzəyev) və televiziyanın idman xəbərləri departamentinin rəisi Amil Hacıyev ərizə yazaraq işdə çıxıblar.

AzVision.az-a açıqlamasında işdən çıxdığını təsdiq edən Ayaz Nizamioğlu ANS telekanalının rəhbərliyi ilə aralarında hansısa problemin yaşanmadığını bildirib. O, qeyd edib ki, bu məsələ şəxsi xarakter daşıyır və müzakirəyə bağlıdır: “Özüm ərizə yazaraq işdən ayrıldım. Yəni rəhbərliklə aramızda heç bir narazılıq olmadı. Artıq 10 il idi ki, ANS-də işləyirdim. Bundan sonra başqa istiqamət üzrə çalışmaq istəyirəm. Hazırda isə istirahət edirəm”-deyə, məşhur aparıcı əlavə edib.

 





11.07.2013    çap et  çap et