525.Az

Azərbaycan əsgəri özünü silahla vurdu


 

Azərbaycan əsgəri özünü silahla vurdu<b style="color:red"></b>

Azərbaycan Ordusunun əsgəri özünü silahla vurub.

APA-nın məlumatına görə, hadisə Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.

Azərbaycan Ordusunun əsgəri, 1993-cü il təvəllüdlü Toğrul Ələşrəf oğlu Quliyev tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində ağır yaralanıb. Yaralı hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Faktla bağlı araşdırma aparılır. Yaralı əsgərin durumu ağır-stabil qiymətləndirilir

 





05.10.2012    çap et  çap et