525.Az

Sosial Media həvəskarlarına şad xəbər!


 

Sosial Media həvəskarlarına şad xəbər!<b style="color:red"></b>

Duyduq – Duymadıq Deməyin

Rəqəmsal Aləmdən xəbərçilik edən sosialwebia.com saytı, yeni komanda yoldaşlarını – “YAZAR”ını axtarır. Yazmaqdan zövq alan, xüsusilə sosial mediadan yazmaqdan zovq alan, “sosial media mənim bir parçamdır, oxumasam, yazmasam, dayana bilmirəm” deyənlər – bu elan sizin üçündür. Sadəcə Sosial Media xəbərlərini oxumaqla qalmayıb, onların yaradıcısı olmaq istəyənlər – Sizi Gözləyirik!

Tələblər:

1.           Doktorantura diplomu olmalıdır

2.           7 il təcrübəsi olmalıdır

3.           3 Xarici dil bilməlidir, biri ana dili kimi

4.           Sürücülük vəsiqəsi olmalıdır – D kateqoriyalı

5.            Cəlbedici xarici görünüşü olmalıdır

6.           Evin “Kupçası”

 

      Qeyd: Yuxarıdakıları Unudun!

Zarafatsız Tələblər:

1.           Sosial Media aşiqi olmaq

2.           Yazmağı sevmək

3.           İmkan qədər yaradıcı olmaq

4.           Sərhədsizlik

“Tam Bana Göre” deyənlər, CV-nizi [email protected] adresinə göndərməyi unutmayın.

Qeyd: işçi yox, komanda yoldaşı axtarılır: Ödənişsiz Əsaslarla


Sevgilərlə: SosialWebia Komandası              

Sizi Səbirsizliklə Gözləyirik!

 

 





13.07.2013    çap et  çap et