525.Az

“Xəzər Lənkəran” Rövnəq Abdullayevin müraciətinə münasibət bildirdi


 

“Xəzər Lənkəran” Rövnəq Abdullayevin müraciətinə münasibət bildirdi<b style="color:red"></b>

“Xəzər Lənkəran” AFFA prezidenti Rövnəq Abdullayevin Kamran Ağayevin bağışlanması xahişi ilə bu klubun sahibi Mübariz Mənsimova müraciət etməsinə münasibət bildirib.

Qol.Az-ın müxbiri ilə söhbətində klubun vitse-prezidenti Tuyqun Nadirov deyib ki, bununla bağlı klubun rəhbərliyinin baş məşqçi Yunis Hüseynovla məsləhətləşməsi olacaq: “Baş məşqçi ilə danışıqlardan sonra klubun rəhbərliyi razılıq versə, Kamran Ağayev əsas komandaya qaytarılacaq”.

T.Nadirov bu məsələ ilə əlaqədar hələlik Kamran Ağayevin özü ilə söhbət etmədiklərini deyib: “Biz Kamranla da danışacağıq. Onu komandadan qovmamışıq. Dəfələrlə bildirmişik ki, gəlib bizdə məşq edə bilər”.

 





05.10.2012    çap et  çap et