525.Az

Bakıda saxta diplom satan şəbəkənin üzvləri həbs edildi


 

Bakıda saxta diplom satan şəbəkənin üzvləri həbs edildi<b style="color:red"></b>

Bakıda saxta diplom satan şəbəkə ələ keçib.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Milli.Az-a verilən məlumata görə, dəstənin 4 əməkdaşı tutulub. Onlar Ceyhun Nəcəfov, Azif Hüseynov, Musa Musayev və Məhəmməd Şahməmmədovdur.

Dəstə üzvləri vətəndaşları ali və orta ixtisas məktəblərinə qəbul etdirmək adı ilə onların külli miqdarda pulunu mənimsəyib. Dəstə bir vətəndaşa 1450 manata saxta diplom satarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həbs edilib.

Onların daha bir vətəndaşın 4000, başqa birinin isə 6200 manatını ələ keçirdikləri məlum olub. Onların maşınına baxış zamanı 10 ədəd orta məktəb attestatı, 2 ədəd şəhadətnamə, 3 ədəd ümumvətəndaşlıq pasportu aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 





05.10.2012    çap et  çap et