525.Az

Azərbaycan 21-ci Beynəlxalq Qida Festivalında


 

Azərbaycan 21-ci Beynəlxalq Qida Festivalında <b style="color:red"></b>

Yunanıstanın Saloniki şəhərində 21-ci Beynəlxalq Qida Festivalı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə ölkəmizi "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti təmsil edib.

Cəmiyyətin üzvləri festivalda Azərbaycanın plov, dolma, qutab və digər təamlarını tanıdıblar.

İştirakçılar milli xörəklərimizə böyük maraq göstəriblər.

Festival həm də xeyriyyə məqsədi daşıyıb. Əldə olunan vəsait Filiroda yerləşən yunan uşaq evinə bağışlanıb.

CEYHUN

 





14.06.2018    çap et  çap et