525.Az

Nazir: "Ötən tədris ili Azərbaycan üçün uğurlu olub"


 

Nazir: "Ötən tədris ili Azərbaycan üçün uğurlu olub"<b style="color:red"></b>

Təhsil naziri Ceyhun Bayramov 20 nömrəli məktəb-liseydə respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların qalibləri ilə görüşüb. 

APA-nın xəbərinə görə, görüş zamanı təhsil naziri bildirib ki, 2017/2018-ci tədris ili Azərbaycan üçün uğurlu olub. 

Nazir qeyd edib ki, məktəbəqədər təhsildən başlayaraq ali təhsil pilləsinə kimi - bütün pillələrdə akademik göstəricilərdə davamlı, müsbət dinamika müşahidə edilib. 

Görüşün sonunda şagirdlərə diplomlar təqdim edilib, xatirə şəkli çəkilib.

 





14.06.2018    çap et  çap et