525.Az

Kolleclərə ərizə qəbulu başlayır


 

Kolleclərə ərizə qəbulu başlayır<b style="color:red"></b> Sabah ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayır.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ərizə qəbulu prosesi iyulun 31-ə qədər davam edəcək.
 
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qabiliyyət imtahanları isə 5-13 avqust tarixlərində aparılacaq. Qəbul imtahanı avqustun 25-də keçiriləcək. 9-12 sentyabr tarixlərində isə orta ixtisas təhsili müəssisələrinin boş plan yerlərinə ixtisas seçimi olacaq.
 
 





16.07.2013    çap et  çap et