525.Az

Bakının mərkəzi küçələrindən biri bağlandı


 

Bakının mərkəzi küçələrindən biri bağlandı<b style="color:red"></b>

Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Ceyhun Hacıbəyli küçəsi (cənub istiqamətində), Ak. H.Əliyev küçəsi ilə kəsişməsindən Ak. M.Mirqasımov küçəsi ilə kəsişməsinə kimi olan hissəsində yol bağlanıb. Səbəb isə yolda həmin küçədə təmir tikinti işlərinin aparılmasıdır.

Yolun nə vaxt açılacağı bildirilmir.

 





16.07.2013    çap et  çap et