525.Az

“Qardaş qələmlər”in növbəti sayları işıq üzü görüb


 

“Qardaş qələmlər”in növbəti sayları işıq üzü görüb<b style="color:red"></b>

Bu yaxınlarda “Qardaş qələmlər” aylıq Avrasiya dərgisinin yeni sayları çapdan çıxıb. Jurnalın 76-cı nömrəsi – xüsusi buraxılışı bu il “Türk dünyasında ilin ədəbiyyat adamı” ödülünə layiq görülən qazax yazıçısı Tölen Abdikə həsr olunub. Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun məqaləsində yazıçı haqqında geniş bəhs edib. Birlik rəhbəri Türkiyənin və türk dünyasının Tölen Abdiki tanıdıqca sevəcəyinə və mənəvi dünyamızın onunla zənginləşəcəyinə əminliyini ifadə edib.

Dərgidə Türkiyə, Tatarıstan, Qazaxıstan, Özbəkistan, qaqauz, çuvaş, qaraçay yazarlarının əsərləri ilə yanaşı, Azərbaycan yazıçısı Ənvər Məmmədxanlının “Qızıl qönçələr” hekayəsi Alpərtunqa Altaylının tərcüməsində təqdim edilib.

Dərginin 77-ci sayında şairlər-Osman Aktaş, Atalay Yağmur, Omor Sultanov, Anna Axmatovanın şeirləri oxuculara təqdim olunub.

“Qardaş qələmlər”də “Azərbaycan” jurnalının 90 illik yubileyi münasibətilə yazar Pərvin Nurəliyevanın jurnalın baş redaktoru İntiqam Qasımzadə ilə müsahibəsi də dərc edilib.

Dərgidə həmçinin türkiyəli müəllif Salim Çonoğlunun Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevin 70 illik yubileyi münasibətilə qələmə aldığı “İtirilmiş səhifələri yenidən yazan yazıçı: Elçin və onun Türkiyə türkcəsinə tərcümə olunan əsərləri” məqaləsi də işıq üzü görüb.

Sevinc MÜRVƏTQIZI

 





16.07.2013    çap et  çap et