525.Az

Türkiyə həmişə Azərbaycanı dəstəkləyib


 

Türkiyə həmişə Azərbaycanı dəstəkləyib<b style="color:red"></b>

Bugünkü Azərbaycanın uğuru hakimiyyətin uğurudur. Bu barədə Bakıda Şəhidlər Xiyabanını ziyarət edən zaman jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Davudoğlunun sözlərinə görə, Türkiyə Azərbaycanın iqtisadi artımını və ölkənin inkişafını müşahidə edir.

Azərbaycan-Türkiyə münasibətlərinə toxunan Davudoğlu bildirib ki, Türkiyə həmişə Azərbaycanı dəstəkləyib və gələcəkdə də dəstəkləyəcək.

Qeyd edək ki, ötən gün Türkiyə XİN rəhbəri Əhməd Davudoğlunun Azərbaycana səfəri başlayıb.

Birgünlük səfər çərçivəsində Türkiyə XİN rəhbəri azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə iftar mərasimində iştirak edəcək.

 





17.07.2013    çap et  çap et