525.Az

"Türkiyə TANAP layihəsinin həyata keçirilməsində daha fəal olmalıdır"


 

"Türkiyə TANAP layihəsinin həyata keçirilməsində daha fəal olmalıdır"<b style="color:red"></b>

Bu gün Bakıda Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Əhməd Davudoğlu arasında aparılan danışıqlar zamanı iki ölkə arasında əməkdaşlığın bütün məsələləri, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan XİN rəhbəri danışıqların yekunları barədə bildirib.

Məmmədyarov deyib: "Biz türkiyəli həmkarımla mütəmadi əlaqə saxlayırıq".

Nazirin sözlərinə görə, o, türkiyəli həmkarını ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Vyanada keçirilən görüş barədə məlumatlandırıb.

İqtisadi məsələlərə toxunan Məmmədyarov vurğulayıb ki, Türkiyə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin reallaşdırılması məsələsində daha aktiv olmalıdır.

Nazir həmçinin bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisi prosesinin sürətləndirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu Bakıda birgünlük səfərdədir.

 





17.07.2013    çap et  çap et