525.Az

Gəncənin 4 min illik tarixinə həsr olunmuş konfrans keçirilib


 

Gəncənin 4 min illik tarixinə həsr olunmuş konfrans keçirilib<b style="color:red"></b> Gəncə şəhərinin 4 min illik tarixinə həsr olunmuş konfransda elm adamları və rəsmilərlə yanaşı “YUNESKO” nun fəxri baş katibi, Gəncə Dövlət Universitetinin fəxri doktoru Federiko Mayor da iştirak edirdi. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirdi ki, Gəncənin tarixi ilə bağlı aparılan arxeoloji qazıntılar davam edir və bu işdə yerli alimlərlə yanaşı xarici mütəxəssislər də iştirak edir.

Gəncənin tarixinin, həmçinin Nizami Gəncəvi irsinin araşdırılmasının əhəmiyyətindən danışan “YUNESKO” nun fəxri baş katibi Federiko Mayor Saraqosa Gəncənin gələcəkdə “YUNESKO”nun mədəni irs siyahısına salına biləcəyini də istisna eetmədi.

“YUNESKO” nun fəxri baş katibi, Federiko Mayor: “Siz bilirsiniz ki, “YUNESKO” tarixi abidələr, maddi mədəniyyət nümunələri ilə yanaşı gələcəyi tədqiq etmək öyrənmək baxımından ətraf mühit ərzaq təhlükəsizliyi və digər problemləri də özündə ehtiva edir. İnanırıq ki Gəncə Dövlət Universiteti, Gəncədə yerləşən elmi müəssisələr də bunları nəzərə alacaqlar. Şübhəsiz ki, abidələrin siyahıya salınması məsələsi rəsmi və birtərəfli olmayan məsələdir. Bu mümkündür, amma bunun üçün illər və gərgin zəhmət tələb olunur”. 

Konfransda “YUNESKO” nun baş katibi İrina Bokovanın və digər şəxslərin tədbirə ünvanlanan təbrik məktubları oxundu.
 





17.07.2013    çap et  çap et