525.Az

108 yaşayış məntəqəsi qazlaşdırılıb


 

108 yaşayış məntəqəsi qazlaşdırılıb<b style="color:red"></b>

2013-cü ilin ilk 6 ayı ərzində ölkə üzrə 108 yaşayış məntəqəsi qazlaşdırılıb. ARDNŞ-dən 525-ə verilən məlumata görə, cari ildə 72 991 yeni əhali abonenti təbii qazla təmin olunub ki, onların da 56 860-sı regionlarda, 16 131 nəfəri isə Bakı şəhərində yaşayır.

Cari ilin birinci yarısında əhali abonentlərinin mənzillərində quraşdırılmış və əvəz olunmuş məişət qaz sayğaclarının ümumi sayı 291 960 ədəd olub. Bunun da 198 251-i "smart-kart" tipli sayğacdır.

 





17.07.2013    çap et  çap et