525.Az

Azərbaycan prezidenti İsveçrə səfirinin etimadnaməsini qəbul edib


 

Azərbaycan prezidenti İsveçrə səfirinin etimadnaməsini qəbul edib<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Paskal Obişerin etimadnaməsini qəbul edib. APA-nın məlumatına görə, səfir Paskal Obişer fəxri qarovul dəstəsinin qarşısından keçib. Paskal Obişer etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin sürətli və uğurlu inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin önəmi qeyd olunub. Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, qarşılıqlı sərmayə qoyuluşu, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 





17.07.2013    çap et  çap et