525.Az

Mərhum sənətkarın 60 illiyi anıldı


 

Mərhum sənətkarın 60 illiyi anıldı<b style="color:red"></b> Bu gün Azərbaycanın Xalq artisti, mərhum sənətkar Telman Adıgözəlovun 60 illik yubileyidir. ANS PRESS xəbər verir ki, sənətkarın dostları, Bakı Diaspor Mərkəzinin təmsilçiləri mərhum sənətkarın məzarını ziyarət ediblər. 

Aktyorun məzarı önündə çıxış edən xalq artisti Ramiz Novruzov, əməkdar artist Kazım Abdullayev, xalq artisti Cəfər Namiq Kamal və başqaları sənətkarın həyatı və yaradıcılığı haqqında danışıblar. 

BDM-in sədr müavini Samir Adıgözəlli mərhum aktyor haqqında çıxış edərək, onun təkcə mədəniyyət xadimi deyil, eyni zamanda vətənpərvər biri olması, xalqın milli məsələlərinə həssas yanaşdığını və demokratik ruha sahib bir şəxsiyyət olduğunu vurğulayıb. 

Yaxın dostları çıxışlarında Telmanın onlardan vaxtsız ayrılmasına baxmayaraq, daim qəlblərində yaşadığını bildiriblər. 

Mərhumun yaxın qohumu, BDM-in sədr müavini, DAK icra aparatının rəhbəri Samir Adıgözəlli bildirir ki, mərhum aktyorun 60 illik yubileyi münasibətilə bu ilin oktyabr ayında Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə xatirə gecəsi keçiriləcək. O, eyni zamanda qeyd etdi ki, Telman Adıgözəlovun yubileyi ilə bağlı yaxşı olardı ki, onun uzun illər əmək sərf etdiyi Azərbaycan Dövlət Dram Teatrı müvafiq addımlar atsın. 

Qeyd edək ki, Telman Adıgözəlov 15 aprel 2010-cu ildə vəfat edib. 
 





17.07.2013    çap et  çap et