525.Az

AMEA-nın liseyi və universiteti yaradılacaq


 

AMEA-nın liseyi və universiteti yaradılacaq<b style="color:red"></b>

“Təəssüflər olsun ki, sovetlər dövründə elmi təhsildən ayırdılar, ancaq həyat göstərdi ki, elm təhsilsiz inkişaf edə bilməz”.

Bunu bu gün keçirdiyi mətbuat konfransında AMEA prezidenti Akif Əlizadə söyləyib.

Akif Əlizadə deyib ki, AMEA-da gələcəkdə lisey yaradılmalıdır: “Bu, gələcəkdə olacaq. Ancaq indiki halda AMEA-da magistratura mütləq yaradılmalıdır. Hazırda bununla bağlı sərəncam hazırlanır. Gələcəkdə AMEA-nın İstedadlı Gənclər Liseyi, daha sonra AMEA Universiteti yaradılmalıdır. Biz bütün bunları həyata keçirməyi nəzərdə tutmuşuq’.

 





18.07.2013    çap et  çap et