525.Az

Bakıda havanın hərarəti iqlim normasından yüksək olub


 

Bakıda havanın hərarəti iqlim normasından yüksək olub<b style="color:red"></b>

Dünən Bakıda və Abşeron yarımadasında havanın hərarəti iqlim normasından yüksək olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 17-də Bakıda və Abşeron yarımadasında havanın hərarəti iqlim normasından 2,8 dərəcə yüksək olub.

İyulun 17-də Bakıda maksimal temperatur 32,4 dərəcə təşkil edib.

Dünən ölkə ərazisində ən maksimal temperatur Mərkəzi Aran rayonlarında qeydə alınıb. Mərkəzi Aranda temperatur 38 dərəcə, Qazıməmməddə isə 40 dərəcə təşkil edib.

Sabahdan başlayaraq isə ölkə ərazisində havanın temperaturunun 2-3 dərəcə aşağı enəcəyi gözlənilir.

 





18.07.2013    çap et  çap et