525.Az

“Məhkəmə Hacıbala Abıtalıbovu cərimələməyib”


 

“Məhkəmə Hacıbala Abıtalıbovu cərimələməyib”<b style="color:red"></b>

Nəsimi Rayon Məhkəməsində "İntur-avto" açıq səhmdar cəmiyyətinin sədri Aydın Heydərovun Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Maliyyə Nazirliyinə qarşı iddiası əsasında keçirilən məhkəmə prosesi başa çatıb.

Bu barədə APA-ya A. Heydərovun vəkili Kamandar Nəsibov məlumat verib. K. Nəsibov bildirib ki, məhkəmə onların iddialarını qismən təmin edib: “Biz Aydın Heydərova məxsus tikintinin sökülməsi nəticəsində ona dəymiş maddi ziyana görə, 17 milyon 634 min 70 manat, mənəvi ziyana görə  50 min manat təzminat tələbi ilə məhkəməyə müraciət etmişdik. Həmçinin Bakı şəhər İcra Hakimiyyətinin söküntülərə rəhbərlik edən əməkdaşı Zülfəli İsmayılov və Nərimanov rayonu Kommunal Təsərrüfatı Departamentinin sədri Rafael Mehrəliyev barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılması barədə vəsatət də vermişdik. Lakin məhkəmə bizim iddiamızı qismən təmin edərək, dəymiş maddi ziyana görə, cəmi 4 milyon 700 min manat məbləğində pulun ödənilməsi barədə qərar çıxarıb. Həmin pul da Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir ”.
 
K. Nəsibov qərarla razılaşmadıqlarını, yaxın günlərdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edəcəklərini də bildirib.
 
Vəkil bəzi mətbuat orqanlarında ona istinadən yayılan “Hacıbala Abıtalıbov 4,7 milyon cərimələndi” başlıqlı yazıların isə yalan olduğunu bildirib: “Həmin xəbərlər tamamilə yanlışdır. Məhkəmə Hacıbala Abutalıbovu cərimələməyib. Biz icra hakimiyyətini və Maliyyə Nazirliyini məhkəməyə vermişik. Həmin məbləğ də Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Bu məsələnin Hacıbala Abıtalıbova adiyyatı yoxdur ”.

 





18.07.2013    çap et  çap et