525.Az

Azərbaycan Ukraynadan 3 ədəd tank əleyhinə raket kompleksi alıb


 

Azərbaycan Ukraynadan 3 ədəd tank əleyhinə raket kompleksi alıb<b style="color:red"></b>

Azərbaycan 2012-ci ildə Ukraynadan 3 ədəd tank əleyhinə idarə olunan raket kompleksi satın alıb.

APA-nın məlumatına görə, bu barədə Ukrayna İxraca Nəzarət  Dövlət Xidmətinin hesabatında bildirilib.
 
Hesabatda satılan tank əleyhinə idarə olunan raket kompleksinin tipi barədə məlumat verilməyib.
 
Qeyd edək ki, Ukrayna Azərbaycana 2011-ci ildə 6, 2010-cu ildə isə 1 ədəd tank əleyhinə raket kompleksi satdığını açıqlayıb.
 
Azərbaycanın ötən dövrdə Ukraynadan əsasən «Skif» kompleksləri aldığı qeyd olunur.

 





18.07.2013    çap et  çap et