525.Az

“Hürriyet”dən Anar Məmmədovla bağlı təkzib


 

“Hürriyet”dən Anar Məmmədovla bağlı təkzib<b style="color:red"></b> Türkiyənin “Hürriyet” qəzeti iyulun 17-dəki sayında nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun mühafizəçisinin guya güllələnməsi ilə bağlı xəbəri təkzib edib.
 
Lent. az-ın məlumatına görə, qəzetin bu günkü sayında dərc olunan yazıda qeyd edilir ki, “Hürriyet”in 17 iyul sayında Yalçın Bayerin “Azəri nazirin oğlunun mühafiçisinə nə oldu?” başlıqlı məqalə həqiqəti əks etdirmir: “Yalçın Bayerin “Azəri nazirin mühafizəçisinə nə oldu?" başlıqlı məqaləsi bizi üzüb. Hörmətli Anar Məmmədovun yazıda səslənən şəxs və olayla heç bir əlaqəsi yoxdur. Yalçın Bayerin adıçıkilən yazısında Anar Məmmədovla bağlı səslənən xəbərlər təəssüf ki, həqiqəti əks etdirmir”.
 
Qəzet daha sonra qeyd edib ki, yazarın “adi bir universitet tələbəsi” kimi təqdim etdiyi Anar Məmmədov 2003-cü ildə London Amerika Universitetinin beynəlxalq ticarət və münasibətlər fakültəsini və həmin universitetin magistraturasını bitirib. Hazırda təcrübəli iş adamı olaraq fəaliyyətini Azərbaycanda və Azərbaycandan kənarda davam etdirən Anar Məmmədov Azərbaycan-Amerika Alyansının təsisçisi və minlərlə əməkdaşın  çalışdığı “Qarant Holding”in İdarə heyətinin sədridir: “A. Məmmədov Türkiyə də daxil olmaqla onlarla ölkədə mxtəlif uğurlu layihələrə imza atmaqdadır. Bundan başqa bir vətənpərvər olaraq Azəarbaycanın haqlı davasını dünyaya çatdırmaqdan da bir addım geri çəkilmir. Xocalı soyqırımının ABŞ-da tanınması üçün böyük layihələr həyata keçirir. Hörmətli Anar Məmmədov türk dünyası üçün belə çalışmalar etdiyi anda bu kimi əsassız xəbərlər hamımızı üzməkdədir. Çünki burada əsas hədəf Anar Məmmədov deyil, Azərbaycan və türk dünyasının gələcəyi üçün realllaşdırılan layihələrdir”.

Qəzetin təkzibində bildirilir ki, xəbərdə yazarın bəhs etdiyi şəxsə gəlincə, A. Məmmədovun heç bir vaxt belə bir mühafizəçisi olmayıb: “A. Məmmədov minlərlə əməkdaşı olan holdinq və diaspora təşkilatının rəhbəri olaraq, hər işçini şəxsən tanımaq məcburiyyətində deyil və müxtəlif səbəblərdən işdən gedəndən sonra keçmiş əməkdaşın törətdiyi hansısa bir əmələ görə ittiham edilə bilməz. Dəqiq olan isə A. Məmmədovun belə bir mühafizəsinin olmamasıdır”. 

Qeyd edək ki, iyulun 17-də Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Yalçın Bayer nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdan yazıb. “Azəri nazirin mühafizəçisinə nə oldu?” başlıqlı yazıda qeyd olunur ki, Anar Məmmədovun yanında mühafizəçi işləyən Türkiyə vətəndaşı İsmayıl Gənc azərbaycanlı mühafizəçilərlə tez-tez dava edib. Üç həftə öncə baş vermiş davada İsmayıl Gənc azərbaycanlı mühafizəçilərin açdığı atəş nəticəsində ağır yaralanıb və Bakıdakı xəstəxanalardan birində müalicə olunmağa başlayıb. İsmayılın aqibəti haqqında da bilgi yoxdur. Müəllif yazır ki, Gəncin ailəsi Bakıdakı Türkiyə Səfirliyinə müraciət edərək oğullarının aqibətini öyrənməyə çalışıblar, amma nəticə əldə edə bilməyiblər. Müəllif yazıb ki, Anar Məmmədovun iki həftə “Çırağan” şadlıq sarayında milyon dollarlıq ad günü ziyafəti verib və Bodrum yaxınlığında 40 milyon dolar dəyərində bir adanı alıb.
 





19.07.2013    çap et  çap et