525.Az

KİVDF qaliblərin adlarını açıqladı


 

KİVDF qaliblərin adlarını açıqladı<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasın gündəliyinə iki məsələ daxil edilib:

-22 iyul Milli Mətbuatın yaranmasının 138 illik günü ilə əlaqədar keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin təsdiqi;

-Milli Mətbuatın yaranmasının 138 illik gününün təntənəli şəkildə qeyd edilməsi üçün proqramın təsdiqi .

İclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlkdə duran birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Vüqar Səfərli bildirib ki, 22 iyul Milli Mətbuatın yaranmasının 138 illik günü ilə əlaqədar keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə qatılmaq üçün 92 nəfər jurnalist Fonda yazı təqdim edib.Təqdim edilmiş yazılar Fondun müəyyənləşdirdiyi ekspertlər tərəfindən qiymətləndirilib.

Müsabiqəyə təqdim edilmiş yazıı müəlliflərinin siyahısı ekspert rəyləri ilə birgə Müşahidə Şurasının üzvlərinə təqdim edilib. Təqdim edilmiş sənədlər ətrafında müzakirə aparan Müşahidə Şurasının üzvləri ekspert rəylərini əsas götürərək, 45 nəfər jurnalistin müsabiqənin qalibi, 15 nəfər jurnalistin isə həvəsləndirici mükafatla təltif edilməsi barədə qərar qəbul etmişlər (Müsabiqə qalibi olan jurnalistlərin siyahısı aşağıda təqdim edilir). Müsabiqə şərtlərinə əsasən, yüksək bal toplayaraq qalib olan 45 nəfər jurnalistə 1000 manat, həvəsləndirici yer tutan 15 nəfər jurnalistə isə 300 manat mükafat verilməsi barədə qərar qəbul edilmişdir.

Müşahidə Şurasının üzvləri gündəlikdə duran ikinci məsələ kimi 22 iyul Milli Mətbuatın yaranmasının 138 illik gününün təntənəli şəkildə qeyd edilməsini müzakirə etmişlər. Fondun İcraçı direktoru tərəfindən təqdim edilən bayram proqramı Müşahidə Şurasının üzvləri tərəfindən məqbul sayılmışdır. Bayram tədbirlərinin 22 iyul tarixində səhər saat 8.00-da Fəxri Xiyabanda Ümumilli lider Heydər Əliyevin və milli mətbuatın yaradıcısı Həsən bəy Zərdəbanin məzarının ziyarəti ilə başlanması qərara alınmışdır. Bundan sonra Prezident İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilmiş binanın açılış mərasimi keçiriləcək. Bayram şənlikləri axşam saatlarında "Min Bir Gecə” İstirahət Mərkəzində müsabiqə qalibi olmuş jurnalistlərə mükafatların təqdim olunması ilə davam edəcək.

Qalibl
ərin Siyahısı

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Orta Bal

1.

Ağayev İlkin Ağahüseyn oğlu

"Palitra” qəzetinin şöbə müdiri

43.3

2.

Niyazov Xalid Qüdrət oğlu

"Respublika” qəzetinin xüsusi müxbiri

41.3

3.

Şahməmmədov Murad Məmmədşah oğlu

"Oxu məni” qəzetinin müxbiri

38

4.

Bayramov Rasim Məzahir oğlu

"Mövqe” qəzetinin baş redaktoru

38.6

5.

Nəsibova Xanım Hopal qızı

"Kür” qəzetinin müxbiri

35.3

6.

Quliyev Namiq Abbasqulu oğlu

"Bakı-Xəbər” qəzetinin müxbiri

33.3

7.

Həmidli Səxavət Nazim oğlu

"Gündəlik Teleqraf” qəzetinin müxbiri

40.6

8.

Hümmətov Aqşin Şahin oğlu

"Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru

37.3

9.

Əliyev Abdulla Hacıağa oğlu

"Göyçay” qəzetinin

baş redaktoru

33.3

10.

Kazımov Xalid Vahid oğlu

"Üç nöqtə” qəzetinin müxbiri

46

11.

Məmmədov Elşad Ziyafəddin oğlu

"Yeni Müsavat” qəzetinin redaktoru

45.3

12.

Camal Aqil Tapdıq oğlu

"Türküstan” qəzetinin baş redaktoru

42.6

13.

Paşa Elşad Əlhüseyn oğlu

"Yeni Müsavat” qəzetinin müxbiri

37.3

14.

Bayramov Mübariz Ramiz oğlu

"Mövqe” qəzetinin müxbiri

36

15.

Rəsulov Qvami Məhəbbət oğlu

"Zaman-Azərbaycan” qəzetinin şöbə müdiri

35.3

16.

Kərimova Şəmsiyyə Musa qızı

"Yeni Təfəkkür” qəzetinin baş redaktoru

40.6

17.

Cəfərova Səriyyə Müslüm qızı

"Bizim yol” qəzetinin xüsusi müxbiri

34.6

18.

Süleymanov Rəşad Məhəmməd oğlu

"APA” informasiya agentliyinin müxbiri

34

19.

Abdullayeva Fəxriyyə Sakit qızı

"Mədəniyyət” qəzetinin müxbiri

44

20.

Əhmədova İradə Məmməd qızı

"Olaylar” qəzetinin redaktoru

43.3

21.

Əliyeva Hafizə Alməmməd qızı

"Şərqin səhəri” qəzetinin redaktoru

Naxçıvan MR Babək rayonu

42.6

22.

Rüstəmov İlqar Gülağa oğlu

"Xalq” qəzetinin məsul katibi

40.6

23.

Abbaszadə Mahir Tapdıq oğlu

"Paralel” qəzetinin müxbiri

40

24.

Abdullayev Azər Ağadadaş oğlu

"Astara” qəzetinin baş redaktoru

(Astara rayonu)

38.6

25.

Salahov Elxan İsa oğlu

"Həftə içi” qəzetinin redaktoru

44.6

26.

Məlikov Rüstəm Sadıq oğlu

"Qələbə” qəzetinin Baş redaktoru

(Salyan rayonu)

43.3

27.

Vəliyev Vəli Saleh oğlu

SİA.az İnformasiya Agentliyinin

icraçı direktoru

41.3

28.

Rəşidova İlhamə Rəfael qızı

"AZADİNFORM” müstəqil informasiya agentliyinin müxbiri

40.6

29.

Yusubov Yusif Hacı oğlu

"Şərq” qəzetinin baş redaktorunu

müavini

39.3

30.

Bağırlı Böyükxan Yadulla oğlu

"Yeni Gün” qəzetinin baş redaktor

(Cəlilabad rayonu)

38

31.

Rəhimov Qalib Arif oğlu

"Polis” qəzetinin baş redaktoru

42

32.

İbrahimov Əli Zülfüqar oğlu

"Xalq Cəbhəsi” qəzetinin müxbiri

41.3

33.

Əhmədov Namiq Qədim oğlu

"Xalq” qəzetinin əməkdaşı

38.6

34.

Həsənov Vaqif Cəlil oğlu

"Bakı-Xəbər” qəzetinin redaktoru

40

35.

Lətifov Aqil Məmmədhüseyn oğlu

"525-ci qəzet”in müxbiri

35.3

36.

Şükürov İdris Muti oğlu

"Lerik” qəzetinin baş redaktoru

(Lerik)

34

37.

Məhərrəmova Təranə Sərdar qızı

"Kaspi” qəzetinin müxbiri

41.3

38.

Həsənova Şəmsiyyə Əli qızı

"İki sahil” qəzetinin bölmə müdiri

41.3

39.

İsmayılov Valeh Cabbar oğlu

"Ekspress” qəzetinin redaktoru

41.3

40.

Məmmədov Elşən Ağamirzə oğlu

"Lent.az” informasiya agentliyinin müxbiri

42

41.

Vəliyev Fariz Əhməd oğlu

"Futbol+qol” qəzetinin

baş redaktoru

42

42.

Babayev Xəyal Şahin oğlu

"Azadlıq” qəzetinin müxbiri

41.3

43.

Hüseynzadə Fuad Abı oğlu

"Palitra” qəzetinin müxbiri

40.6

44.

Əhədova Könül Sədrəddin qızı

"Hərbi And” qəzetinin redaktoru

39.3

45.

Qəribli Məhəmmədəli Qərib oğlu

"Bakı-Xəbər” qəzetinin müxbiri

37.3



Həvəsləndirici mükafat alan jurnalistlərin siyahısı

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Orta Bal

1

Ədilzadə Ədil Tahir oğlu

"Ədalət” qəzetinin müxbiri

37.3

2

Fərzəliyeva Mirvari Əzizağa qızı

"Respublika gəncləri” qəzetinin redaktor

41.3

3

Yusifova Dilşad Xaqani qızı

"Təhsil Problemləri” qəzetinin müxbiri

37.3

4

Mehtiyeva Rahilə İbrahim qızı

"4-cü Hakimiyyət” qəzetinin

baş redaktoru

37.3

5

Mustafayev Əziz Salam oğlu

"Zaman-Azərbaycan” qəzetinin müxbiri

38.6

6

Məmmədov Seymur Fərhad oğlu

"Day.az” informasiya portalının baş redaktor müavini

40

7

Məmmədov Fərhad Həsən oğlu

"Yeni Müsavat” qəzeti siyasət şöbəsinin müdiri

39.3

8

Allahverdiyev Zərbalı Mirzə oğlu

"İnşaatçı” qəzetinin baş redaktoru

38.6

9

Maxsudova Lalə Ziyad qızı

"Qobustan” qəzetinin baş redaktoru

(Qobustan rayonu)

38

10

Sucayev Əfsun Rəzzaq oğlu

"Gəncəbasar” qəzetinin şöbə redaktoru

(Gəncə şəhəri)

37.3

11

Şahverdiyev Cavid Nadir oğlu

"Xalq cəbhəsi” qəzetinin müxbiri

37.3

12

Mehdiyeva Elmira Mehdi qızı

"Zaqatala” qəzetinin müxbiri

(Zaqatala)

37.3

13

Tağıbəyli Vüsal Vaqif oğlu

"Həftə içi” qəzetinin müxbiri

40

14

Cürənov Ramiz Mikayıl oğlu

Lent.az informasiya agentliyinin müxbiri

38

15

Məmmədov Zaur Əhməd oğlu

"Reytinq” qəzetinin müxbiri

37.3

 





19.07.2013    çap et  çap et