525.Az

Suriya: "Üzr istəmədik"


 

Suriya: "Üzr istəmədik"<b style="color:red"></b>

Türkiyənin Suriyaya açdığı atəş nəticəsində suriyalı əsgərlərin öldürü iddia edilir. Suriyanın BMT-dəki təmsilçisi Bəşər Cəfəri isə bombardmanda iki əsgərin yaralandığını söyləyib.

Gərginliyi artırmaq niyyətində olmadıqlarını bildirən Cəfəri Akçakaleyə düşən bombayla bağlı araşdırmanın davam etdiyini deyib.

BMT-yə məktub yazaraq qurbanların ailələrinə və Türkiyəyə "dərin hüznlə başsağlığı verdiyini" bildirən Cəfəri hadisənin necə baş verdiyinə dair araşdırma başa çatmadığı üçün üzr istəmədiklərini vurğulayıb.

Cəfəri Suriya hökumətinin Türkiyəni sərhədlərini nəzarətdə saxlamağa çağırdığını qeyd edib. (TRT)

 





05.10.2012    çap et  çap et