525.Az

QMİ-də Mərkəzi Aparat Sistemi yaradılıb


 

QMİ-də Mərkəzi Aparat Sistemi yaradılıb<b style="color:red"></b> Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) idarəetmə sistemində ciddi dəyişikliklər olub. Dəyişikliklər əsasında idarədə yeni sistem yaradılıb. QMİ-dən APA-ya verilən məlumata görə, QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin imzaladığı əmrə əsasən, QMİ-də mərkəzi aparat sistemi yaradılıb.
 
Hacı Allahşükür Paşazadənin digər əmri ilə keçmiş Azərbaycan Mətbuat və İnformasiya Nazirliyinin idarə rəisi Simran Həsənov Aparata rəhbər təyin olunub. Qeyd edək ki, S. Həsənov 1990-91-ci illərdə isə Azərbaycan Dövlət Televiziyasında “7 gün” proqramının aparıcısı olub. 1992-93-cü illərdə isə nazirliyin idarə rəisi kimi çalışıb.
 





20.07.2013    çap et  çap et