525.Az

Nazirliyin Maddi-Texniki Təchizat İdarəsi hərraca çıxarıldı


 

 Nazirliyin Maddi-Texniki Təchizat İdarəsi hərraca çıxarıldı<b style="color:red"></b> Əmlak Məsələləri Dövlət Komitəsi avqustun 20-də respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısını açıqlayıb.
 
Lent. az-ın verdiyi məlumata görə, hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısında Təhsil Nazirliyinin Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2098-ci məhəllə,  507-ci küçə, ev 7. ünvanında yerləşən Maddi-Texniki Təchizat İdarəsi də var.
 
Sahəsi 3500,7 kv.m olan binanın start satış qiyməti 318 min 413 manat, ilkin satış qiyməti 270 min 651 manatdır.
 





22.07.2013    çap et  çap et