525.Az

Salyanda mikroavtobus aşdı: 10 yaralı


 

Salyanda mikroavtobus aşdı: 10 yaralı<b style="color:red"></b>

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, qəza rayonun Sarvan kəndi ərazisində qeydə alınıb.
 
“Mercedes Vito” markalı mikroavtobus və “Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. Qəza zamanı “Mercedes Vito”-nun aşdığı bildirilir.

Xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Onlardan ikisinin azyaşlı olduğu bildirilir. 

Qəzanın təfərrüatları müəyyənləşdirilir. Əlavə məlumat veriləcək.

 





13.07.2018    çap et  çap et