525.Az

Paşinyan: "Azərbaycan prezidenti ilə görüşə dair danışıq aparılmır"


 

Paşinyan: "Azərbaycan prezidenti ilə görüşə dair danışıq aparılmır"<b style="color:red"></b>

“Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünü dönüş nöqtəsi hesab etmirəm”. 

APA-nın Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel hava limanında jurnalistlərin XİN rəhbərlərinin görüşündən sonra müəyyən dinamikanın və ya dəyişikliyin olub-olmaması barədə suala cavab verərkən deyib.    

“Görüş, təmas olub, mahiyyətcə, bu mövzuda ilk təmasdır və birinci görüşdən hər-hansı nəticə gözləmək düzgün deyil. Görüşün özü tanışlıq, ünsiyyət baxımından əhəmiyyətlidir”, - deyə Paşinyan qeyd edib.      

Azərbaycan prezidenti İlham Əliyevlə mümkün görüşə gəlincə, N.Paşinyan bu mövzuda heç bir danışıq aparılmadığını bildirib. 

 





13.07.2018    çap et  çap et