525.Az

Gəncə cinayətinin iştirakçılarından 11 nəfər tutuldu, 1 nəfər məhv edildi


 

Gəncə cinayətinin iştirakçılarından 11 nəfər tutuldu, 1 nəfər məhv edildi<b style="color:red"></b>

Gəncədə cinayətin fəal iştirakçılarından 11 nəfərin tutulması təmin olunub, biri isə məhv edilib. 

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərindən APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, törədilmiş qanlı cinayətin bütün iştirakçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Xəbər verildiyi kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində  iki polis zabiti şəhid olub. Bu cinayətin iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində dövlət başçısının şəxsi nəzarəti altında intensiv surətdə davam etdirilən  əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən olunub və tutulması üçün iyulun 13-ü səhər saatlarında keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilib.

Gəncədə asayişin pozulmasının qarşısı alınarkən polis əməkdaşlarına ilk hücum edənlərdən biri - Samir İbrahimovun da  gizləndiyi yer müəyyən edilib və o, keçirilmiş əməliyyat tədbirləri ilə yaxalanıb.   

Məlumatda qeyd olunub ki, görülən işlərin gedişi barədə əlavə məlumat veriləcək.

 





13.07.2018    çap et  çap et