525.Az

Zabil Müqabiloğlunun kitabı çap olundu


 

Zabil Müqabiloğlunun kitabı çap olundu <b style="color:red"></b>

Mərhum jurnalist Zabil Müqabiloğlunun kitabı çapdan çıxıb.

Bu barədə mərhum jurnalistin bacısı Sevinc Əliyeva məlumat verib.

Onun sözlərinə görə, kitab iyunda çapdan çıxıb:

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu kitabı çapdan çıxarıb. Kitabın adı Zabil Müqabiloğlunun yazdığı "Son Zəng"dir. Zabil 19 il jurnalistika sahəsində çalışıb. "525-ci qəzet"də işləyib, uzun illər “Yeni Müsavat”da redaktor vəzifəsində,  “Tərcüman” və “Avropa”  qəzetlərində çalışıb. Ən son Günxəbər.com saytının təsisçisi və baş redaktoru olub. 

Yaxın günlərdə kitabın təqdimatını keçirməyi düşünürük”.

Qeyd edək ki, jurnalist Zabil Müqabiloğlu 2017-ci ilin 26 fevralında qaraciyər xəstəliyindən dünyasını dəyişib.

 





13.07.2018    çap et  çap et