525.Az

Məleykə Abbaszadə Tovuzda vətəndaşları qəbul edib


 

Məleykə Abbaszadə Tovuzda vətəndaşları qəbul edib<b style="color:red"></b>

Dünən Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Tovuz rayonunda vətəndaşları qəbul edib.

Qəbulda Tovuz rayonunun sakinləri ilə yanaşı, Şəmkir, Qazax və Ağstafa rayon sakinləri, həmçinin, bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər də iştirak ediblər.

Görüşdə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, buraxılış imtahanlarının nəticələri və qabiliyyət imtahanları, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və sair məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilib. Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, Dövlət İmtahan Mərkəzinin səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb. Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

S.QARAYEVA

 





13.07.2018    çap et  çap et