525.Az

Ermənistan parlamenti Ramil Səfərovla bağlı fövqəladə iclas çağırdı


 

Ermənistan parlamenti Ramil Səfərovla bağlı fövqəladə iclas çağırdı

Sentyabrın 5-də Ermənistan parlamentinin növbədənkənar iclası keçiriləcək.

525.az saytının Ermənistan mətbuatına istinadən yaydığı məlumata görə, iclasın keçirilməsinə əsas səbəb Azərbaycan ordusunun zabiti Ramil Səfərovun azadlığa buraxılmasıdır. Toplantında R.Səfərovun Azərbaycana ekstradisiyası və əfv edilməsi məsələsi müzakirə ediləcək.

Qeyd edək ki, bununla bağlı qərar Ermənistan parlamentinin spikeri Ovik Abraamyanın parlamentdə təmsil olunan fraksiya rəhbərləri ilə görüşündən sonra əldə edilib.

Xatırladaq ki, avqustun 31-də Ermənistan prezidenti Serj Sərkisyan Milli Təhlükəsizlik Şurasının iclasında R.Səfərovun Azərbaycana ekstradisiyasına razılıq verdiyi üçün Macarıstanla diplomatik əlaqələri kəsdiyini elan edib.

 





03.09.2012    çap et  çap et