525.Az

Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilir


 

Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilir<b style="color:red"></b>

İyulun 18-də Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv ediləcək. 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib. 

“Terrorçuluqla mübarizə qətiyyətlə davam etdiriləcək və təhlükə yarandığı halda ölkədə yenidən fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər”, deyə İ.Kalın qeyd edib. 

Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı ildə dövlət çevrilişinə cəhddən sonra tətbiq edilmişdi.

 





13.07.2018    çap et  çap et