525.Az

Gəncə hadisələrinə görə daha 8 nəfər həbs olundu


 

Gəncə hadisələrinə görə daha 8 nəfər həbs olundu <b style="color:red"></b>

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində iyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən Əliyev Akif İsmayıl oğlu həbs edilib.
 
525.az-ın məlumatına görə, Əliyev Akif İsmayıl oğlu 1966-cı ildə anadan olub. Azərbaycan vətəndaşıdır.

Bundan başqa, iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçıları Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu həbs ediliblər.

Əliyev Seymur Ceyhun oğlu – 18.01.1993-cü ildə Gəncə şəhərində anadan olub, Azərbaycan vətəndaşıdır.
 
Həmçinin, mətbuata bilə-bilə yalan məlumat yayan daha 2 saytın – “gununsesi.info” və “teref.info” vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb.

Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhəddini Qusar rayonu ərazisindən, 1 nəfər isə Azərbaycan-Gürcüstan sərhəddinin Qazax rayonu ərazisindən keçmək istərkən saxlanılıb.

Azərbaycan prezidenti yanında kecirilən müşavirədə qeyd etdiyi kimi, həmin hadisələrin törədilməsində əlaqəsi olan heç kəs məsuliyyətdən kənarda qalmayacaq, bütün təqsirli şəxslər ədalət məhkəməsi qarşısında cavab verəcək.

 





14.07.2018    çap et  çap et