525.Az

Hava küləkli olacaq


 

Hava küləkli olacaq<b style="color:red"></b>

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxın 3 gün ərzində Azərbaycan ərazisində gözlənilən hava şəraitini açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, 3 gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunacaq. Əsasən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu iyulun 24-də 30-35 dərəcə isti təşkil edəcək. İyulun 25 və 26-da isə havanın temperaturu 28-33 dərəcə isti olacaq.
 
Rayonlarda da yaxın 3 gün ərzində  əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. İyulun 24-də Mərkəzi Aran rayonlarında havanın temperaturu 33-38, bəzi yerlərdə 40, dağlarda 24-29 dərəcə isti, iyulun 25-26-da isə Mərkəzi Aran rayonlarında 30-35, dağlarda 20-25 dərəcə isti olacaq.
 
Yaxın 3 gündə temperaturun nisbətən yüksəlməsi, eyni zamanda arabir güclənən xəzri küləyinin üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

 





23.07.2013    çap et  çap et