525.Az

I ixtisas qrupunda ən çox bal toplayan abituriyentlərin sayı açıqlandı


 

I ixtisas qrupunda ən çox bal toplayan abituriyentlərin sayı açıqlandı<b style="color:red"></b> Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə  I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 367 abituriyent 600 baldan yuxarı nəticə  göstərib.
 
Tələbə  Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 1179  abituriyent 500-dən yuxarı, 2542 abituriyent 400-dən baldan yuxarı, 4900 abituriyent 300 baldan yuxarı göstərici toplayıb.

Qeyd edək ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla, ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 11 min 855 abituriyent iştirak edib.
 





24.07.2013    çap et  çap et