525.Az

"Biz sizlərə borcluyuq" (Fotolar)


 

"Biz sizlərə borcluyuq" <b style="color:red">(Fotolar)</b>

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Ramazan ayı boyunca ardıcıl olaraq tədbirlər keçirir.

Bu gün İctimai Birlik tərəfindən Ağdamın işğal günü ilə bağlı Qarabağ qaziləri ilə görüş keçirilib. 

Tədbirdə Vətən uğrunda döyüşən qaziləri salamlayan “Yeni Üfüq”ün sədri Sevinc Əzimbəyli dövlətçiliyimizin və ərazi bütövlüyümüzün mühafizəsində Qarabağ qazilərinin böyük xidmətləri olduğunu bildirib. O, bu gün ölkə vətəndaşlarının rahat və asudə yaşamasında bu insanlara hər kəsin borclu olduğunu diqqətə çatdırıb:
 
“Əlbəttə biz sizlərə borcluyuq. Bunu Vətənini sevən, dövlətinə bağlı, imanlı olan hər bir Azərbaycanlı ürəklə dilə gətirməlidir. Bu gün Ağadamın işğal günüdür və biz əminik ki, tezliklə Qarabağ uğrunda döyüşən qazilərlə birgə qələbə gününü qeyd edəcəyik”.

Sevinc Əzimbəyli imkanlı ölkə vətəndaşlarını hər zaman, xüsusilə bu müqəddəs Ramazan ayında şəhid və qazi ailələrinə yardım etməyə çağırıb. 

Görüşdə “Yeni Üfüq”ün sədr müavini Xanım Qasımova və gənclər şöbəsinin rəhbəri Elvin Süleymanov da çıxış ediblər. Gənc yazar Mirbəhram Əzimbəyli Şuşa ilə bağlı şeirini qazilərlə bölüşüb. 

Tədbirdə Qarabağ qaziləri gənclərə müharibə xatirələrindən danışıblar. Sonda qazilərə “Yeni Üfüq”ün Ramazan hədiyyələri verilib.









 





24.07.2013    çap et  çap et