525.Az

Şəfiqə Axundovaya millət vəkilindən dəstək


 

 Şəfiqə Axundovaya millət vəkilindən dəstək<b style="color:red"></b> Bu ay  xəstəxanaya yerləşdirilən xalq artisti Şəfiqə Axundovanın müalicəsi davam etdirilir.
 
Bacısı Rəfiqə Axundova Lent. az-a xalq artistinin sağlamlıq durumunun yaxşı olmadığını deyib: "Artıq xeyli müddətdir ki, bacım müalicə olunur. İlk əvvəllər ona olan nəzarətdən şikayətlənsək də, millət vəkili Qənirə Paşayevanın  diqqətindən sonra hər şeyin yaxşı olacağına ümidliyik. Çünki onun diqqətindən sonra digər xəstəxanalardan həkimlər gəldi, bacıma nəzarət etdilər. İlk günlərə baxanda indi səhhəti stabildir. Amma ayaq oynaqlarında çat olması problem yaradır. Müalicə kursunun nə vaxtacan davam edəcəyini bilmirik. İndi həkimlər də bu problemi aradan qaldırmaq istəyirlər. Onlara da öz növbəmdə minnətdarlığımı bildirirəm ”.
 
Xatırladaq ki,  iyulun 11-də Şəkidə olarkən qəflətən halı pisləşən bəstəkar xroniki qan dövranı çatışmazlığı, hipertoniya xəstəliyi və şəkərli diabetdən əziyyət çəkir.
 
Qeyd edək ki, o, 1924-cü ildə Şəkidə doğulub. Qocaman sənətkarımız  Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb.
 





24.07.2013    çap et  çap et