525.Az

Nabrandakı hadisədən sonra hovuzlardan təhlükəsiz istifadə qaydaları hazırlandı


 

Nabrandakı hadisədən sonra hovuzlardan təhlükəsiz istifadə qaydaları hazırlandı<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Nabranda 2 yaşlı İMran Cəfərovun başına gələn faciədən sonra respublika ərazisində fəaliyyət göstərən müvafiq müəssisələrdə hovuzlardan təhlükəsiz istifadə qaydaları hazırlanıb və 5 gün ərzində icra olunmasını təmin etmək məqsədilə sahibkarlara göndərilib.
 
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qaydalar icra olunmadığı təqdirdə müəssisə turistlərin təhlükəsizliyinin təmin edilməməsi səbəbilə müvafiq sanksiyalara məruz qalacaq. Belə olan halda hətta müəssisənin fəaliyyətinə xitam da verilə bilər. Bu qaydalara əməl olunmasına nəzarət Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən "məxfi qonaq" sistemi üzrə həyata keçiriləcək.

Nazirlik sahibkarları rəhbərlik etdikləri müəssisələrdə təhlükəsizlik qaydalarına və digər müvafiq tələblərə riayət olunmasını təmin etməyə, turistləri isə tələb olunan qaydalara ciddi əməl etməyə çağırır.

 





24.07.2013    çap et  çap et