525.Az

Klopp Qvardiolaya necə mane oldu? - Video


 

Klopp Qvardiolaya necə mane oldu? - <b style="color:red">Video </b>

Beynəlxalq Çempionlar Kubokunun "Mançester Siti" - "Liverpul" matçından sonra maraqlı hadisə yaşanıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Mançester təmsilçisinin baş məşqçisi Xosep Qvardiola jurnalistlərin suallarını cavablandırarkən, qəflətən mersisaydlıların çalışdırıcısı Yurgen Klopp zala daxil olub.

Bundan narahat olmayan ispan mütəxəssis cümləsini yarımçıq qoyaraq, həmkarını mikrafon qarşısına çağırıb. Ardınca isə onu jurnalistlərə təqdim edərək, otaqdan çıxıb. Etdiyi hərəkətdən utanan Klopp isə bu sözləri deyib:

"Bəlkə də indi Mourinyo bura gələcək və mənim mətbuat konfransımı bitirəcək".

Qeyd edək ki, Beynəlxalq Çempionlar Kubokunda "Liverpul" "Mançester Siti"ni 2:1 hesabı ilə məğlub edib.

 





26.07.2018    çap et  çap et