525.Az

Lənkəranda ciddi təhlükəsizlik tədbiləri


 

Lənkəranda ciddi təhlükəsizlik tədbiləri<b style="color:red"></b>

Bu gün Lənkəran şəhər stadionunda Avropa Liqanın II təsnifat turu çərçivəsində baş tutacaq “Xəzər Lənkəran”la “Makkabi” qarşılaşması öncə şəhərdə ciddi təhlükəsizlik tədbiləri görülüb.

525.Az-ın “Qafqazinfo”ya istinadən yaydığı xəbərə görə, “Makkabi”li futbolçuların təhlükəsizliyini qorumaq üçün stadiona 500-dən çox polis əməkdaşı cəlb olunub. Bununla yanaşı, Lənkərana qonşu olan rayonlardan  (Astara, Masallı) da polislər stadiona gətirilib.

Oyunun başlamasına bir neçə saat qalsa da, Daxili Qoşunların əsgərləri silahla və xüsusi təlim görmüş itlərlə stadionda yerlərini tutublar.

Qeyd edək ki, bir neçə gün əvvəl yerli mətbuatda “Makkabi” klubunun  futbolçularını Azərbaycanda İsrailin xüsusi xidmət orqanlarının agentləri qoruyacağı barədə məlumatlar yayılmışdı. Xəbərdə bildirilirdi ki, İsrail tərəfi cavab oyununa ciddi hazırlaşır və “Makkabi”nin Lənkərana səfəri “müstəsna təhlükəsizlik tədbirləri ilə” müşayiət olunacaq. “Makkabi” rəhbərliyi Lənkəranın İranla cəmi bir neçə kilometr məsafədə yerləşdiyini nəzərə alaraq təhlükəsizliklə bağlı riskə getmək istəmir. Ona görə də İsrail dövləti  “Makkabi”nin mühafizəsi üçün güclü mühafizə ayırıb, bu işə “Mossad” əməkdaşları da cəlb olunub.

Xatırladaq ki, "Xəzər Lənkəran" "Makkabi" qarşılaşması saat 21:00-da başlayacaq.

 





25.07.2013    çap et  çap et