525.Az

Məleykə Abbaszadədən xəbərdarlıq


 

Məleykə Abbaszadədən xəbərdarlıq<b style="color:red"></b>

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas məktəblərinə sənəd verən abituriyentlərə xəbərdarlıq edib.

Lent.az-ın məlumatına görə, TQDK sədri deyib ki, 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb və avqustun 15-də başa çatacaq.

İndiyə qədər 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə 13559 nəfər sənəd verib.

Məleykə Abbaszadə deyib ki, hər il sənəd qəbulu başa çatandan sonra sənəd vermək üçün müraciət edənlər olur. O, buna görə də bir daha abituriyentləri vaxtında sənəd verməyə çağırıb.

 





26.07.2013    çap et  çap et