525.Az

"Xəzər Lənkəran"dan 2 futbolçu qovuldu


 

"Xəzər Lənkəran"dan 2 futbolçu qovuldu<b style="color:red"></b> UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Makkabi”(Hayfa) ilə cavab qarşılaşmasında qeydə alınan böyük hesablı məğlubiyyət sonrası “Xəzər Lənkəran” klubu rəhbərliyi baş məşqçi Con Toşakla matçdan dərhal sonra görüşərək çalışdırıcının hesabatını dinləyib.
 
Qol.Az-ın klubunsaytına istinadən yaydığı xəbərə görə, komandanın bir həftə öncə səfər meydanında 0-2 hesabı ilə məğlub olduğu rəqibə doğma azarkeşlər qarşısında böyük hesabla məğlub olması bəzi futbolçuların peşəkar futbolçuya yaraşmayan şəkildə meydanda mübarizə aparması, klub daxili ab-havanı pozduqları müəyyən olunub. Bunu əsas götürən “Xəzər Lənkəran” klubu bu gün iki futbolçunu əsas komandadan göndərib. Belə ki, braziliyalı müdafiəçi Eder Bonfim və ispaniyalı qapıçı Toni Doblas əsas komandadan uzaqlaşdırılıb.
 
Qeyd edək ki, digər göndəriləcək digər futbolçular barədə də ictimaiyyətə məlumat veriləcək.
 





26.07.2013    çap et  çap et