525.Az

Anadolu Universitetinin Bakı filialının fəaliyyəti qanunsuz elan edildi


 

Anadolu Universitetinin Bakı filialının fəaliyyəti qanunsuz elan edildi<b style="color:red"></b> Təhsil Nazirliyi Türkiyənin Anadolu Universiteti ilə bağlı məsələyə aydınlıq gətirib.
 
Lent.az-ın verdiyi məlumata görə, Təhsil Nazirliyi bəyan edib ki, Anadolu Universiteti Türkiyənin qanuni fəaliyyət göstərən ali təhsil müəssisəsidir.
 
Lakin bu universitetin Bakıdakı filialı Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmayıb, onun təhsil fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən lisenziya verilməyib. Filialın qanunsuz fəaliyyəti barədə Təhsil Nazirliyi tərəfindən universitetin rəhbərliyinə, Azərbaycanın Türkiyədəki səfirliyinə müvafiq məktublar göndərilib.
 
Təhsil Nazirliyi Atatürk Universitetinin Azərbaycanda filialının yaradılması barədə də nazirlikdə məlumat olmadığını bildirir.
 





26.07.2013    çap et  çap et